logo beyaz
Forum - Ah, dünya mənə söz vurur?
Sevgi dünyası | Ah, dünya mənə söz vurur?
Mövzu: Axşam düşür,
Mən sənə,
Günəş şərə qarışır.
Buludlar silinir,
Gözümüz buludlara qarışır.
Allahın dərdi azalır,
Bəndə kədərə qarışır.
Biz qocalırıq,
Uşaqlığımız səmaya qarışır.
Günəş aya göz vurur,
Ayın gözü qamaşır,
Yan-yana iki ulduz sürüşür,
Ah, mən kimə sataşım?
Səsim qalxmır göyə,
Ulduzları ayırım,
Günəşdən edim ayı, dünyanı dağıdım..
Səsim qalxmır göyə,
Lap göyə,
Göydən də göyə,
Çata Allaha,
Bizə xoş gələ.
Səbrim çatmır mənə,
Məndən də mənə,
Çata ruhuma,
Ona xoş gələ.
Dodaqdan qabaq həvəs quruyur,
Yan-yana gəzir günahım, savabım,
Ah, dünya mənə söz vurur?
* Forum | Ordan-Burdan | Sevgi dünyası
Ana Sehife
Saytda: 17 & 100 Qaydalar
comp WEB Versiya