logo beyaz
Müzakirə üçün mövzu
Forum - RUH ökužü)))
Sevgi dünyası | RUH ökužü)))
Mövzu: Ruh əkizimi axtarıram deyirik. Bəs nədir bu ruh əkizi, necə olur? Ruh əkizi yaxşı razılaşa bildiyimiz, müsbət enerji aldığımız adama deyilir. Bəzən ruh əkizimi tapdım deyirik. Lakin inanın bu o qədər də asan deyil. Ruh əkizlərinin görüşməsi çox nadir olan bir qarşılaşmadır. Ruh yoldaşı ya da yoldaş ruhu deyilən anlayış isə tamamilə fərqli bir vəziyyətdir. İndi ruh yoldaşı və ruh əkizi nə deməkdir açıqlayaq.
Ruh yoldaşı olmaq ilə ruh əkizi olmaq eyni sanılan ancaq biri digərindən çox fərqli anlayışlardır. Ruh əkizləri bir başqa deyişlə əkiz ruhların özü eynidir. İki ayrı enerjiyə bölünərək fiziki bədənlərinə qovuşmuş olan ruhlardır. Zidd qütblər bir-birini çəkər nəzəriyyəsinin tərsinə eyni özün parçası olan bu iki ruh arasında çox qüvvətli bir çəkiliş vardır və hər vəziyyətdə bir gün mütləq qarşılaşarlar. Bu qarşılaşma onların təkamül müddətinin sürətlənməsi üçün lazımlıdır. Əgər bu qarşılaşma əkiz ruhlardan birinin ya da ikisinin hələ hazır olmadıqları bir zamanda reallaşsa, qarşılaşma hər iki tərəf üçün də əzab verici təcrübələrə səbəb olacaq.
Əkiz ruhlar yoldaş həyatlar demək deyil. İki enerjiyə bölünərək əkiz ruhlar bir-birlərindən çox fərqli həyatlar yaşaya bilərlər. Fərqli təcrübələrlə yetginləşmiş , iki zidd xarakter olma ehtimalları da vardır.
Yoldaş ruhlar ruh əkizləri kimi zidd deyil tamamlayıcıdırlar. Yoldaş ruhların bir-birlərini tamamlama xüsusiyyəti vardır ,çünki yoldaş ruhlar eyni xüsusiyyətlərə sahibdir.Yoldaş ruhların həyatı uyğunlaşma təməlinə söykənər ancaq quruluş dəyişdirər. Zaman içində yoldaş ruhlar erroziyaya uğraya bilər.
Ruh əkizləri necə qarşılaşar:
Əkiz ruhlar qarşılaşdıqlarında hər iki tərəf üçün də çox güclü bir çəkiliş söz mövzusu olar. Ancaq bu çəkiliş ehtiras deyə təyin olunan hiss deyil. Burada söz mövzusu olan hər iki tərəfin də bir-birinin gözlərində bir başqasının əks olunması qəbul etməsidir. Əkiz ruhlar, xarakter strukturları və fiziki xüsusiyyətləri ilə bir-birlərinə bənzərlər ancaq fərq şəxsiyyətlərində gizlidir.
* Forum | Ordan-Burdan | Sevgi dünyası
Ana Sehife
Saytda: 41 & 13 Qaydalar
comp WEB Versiya
MobTop.az