logo beyaz
Forum - [☆___sevgisiz___☆]
Sevgi dünyası | [☆___sevgisiz___☆]
Mövzu: Vaxtsız həyatıma gəlmişdin yenə,
Bağlanan yaramı soyub gedirsən.
Mənimlə bir yola düzəlib yenə,
Məni yarı yolda qoyub gedirsən.
.
Sinəmdə döyünən ürək deyil ki,
Partlamır, bilmirəm dəmirdir nədir?
Pərişan gözünü görüb yumsalır,
Bilmirəm pamıqdır, xəmirdir, nədir?
.
Gəlişin sevincdir, gedişin kədər,
Sən elə duşünmə düz eləmisən.
Səninçün döyünən bircə ürəyi
Qırıb, tikələyib yüz eləmisən.
.
Bu qırıq qəlbimdə sevgi də itir,
Sınmış yerlərindən süzülüb gedir.
Əllərim əlindən üzülüb çoxdan,
Indi də həyatdan üzülüb gedir
* Forum | Ordan-Burdan | Sevgi dünyası
Ana Sehife
Saytda: 18 & 209 Qaydalar
comp WEB Versiya