logo beyaz
Forum - qem dunyasi
Sevgi dünyası | qem dunyasi
Mövzu: Sən gedəli dünya dönüb başımda,
Elçi düşüb, qəm oturub daşımda,
Üşüyürəm ayrılığın qışında,
Nərgizə dön, bənövşə tək açıb gəl-
Qurban olum, qəm aparır, qaçıb gəl!
Kim yağdırdı halal eşqə lənəti,
Harda bitdi İlahinin rəhməti,
Ağarmır ki, sənsizliyin zülməti,
Günəşə dön, Ay kimi nur saçıb gəl, -
Qurban olum, qəm aparır, qaçıb gəl!
Ah udmaqdan bağrım başı dağlıdı,
Çəkdiyimi daşa dedim, ağladı,
Sən gedəli içim-çölüm bağlıdı,
Pəncərəmi, qapıları açıb gəl,
Qurban olum, qəm aparır, qaçıb gəl!
Çəmənimi qəm quzusu otlayıb,
Dərdin əzib, həsrət iki qatlayıb,
Ürəyimin divarları çatlayıb,
Ruhum sınıb, könlüm evi uçub, gəl, -
Qurban olum, qəm aparır, qaçıb gəl!
Eşq oxuyan bülbül ruha can qəfəs,
Bülbül gülə qovuşan gün hanı bəs,
Yetiş, səni pıçıldayır son nəfəs,
Qanad geyin, quşa çevril, uçub gəl, -
Qurban olum, qəm aparır, qaçıb gəl!
Mövzuda mesaj yoxdur
* Forum | Ordan-Burdan | Sevgi dünyası
Ana Sehife
Saytda: 16 & 68 Qaydalar
comp WEB Versiya