Тема: sevgi dunyasi (Ordan-Burdan/Sevgi dünyası) nik itib (28 Feb 2019 в 22:21) Səndən mənə nə qaldı?? Əqrəbləri dayanmış o hədiyyə saatın Mışıl-mışıl yuxusu.. Güzgümün önündəki aldığın son ətirin Sındırılmaq qorxusu.. Səndən mənə nə qaldı?? Neçə müqəddəsləri narahat eyləyib də Dərdə qəmə salan and.. Səhifəsinin sayın itirdiyim bir kitab Yalan tövbə yalan and.. Səndən mənə nə qaldı?? Bu son bir neçə gündə kül qabının içinə Yığılmış əsəblərim... Gözümdən axan yaşı udub canına çəkmiş Nəmli şeir dəftərim.. ....Bir belə haqsızlığı səndən inan əzizim Gözləməzdim doğrusu... Səndən mənə nə qaldı?? Bir ayrılıq.... Bir həsrət... Bir də.... Ürək ağrısı.... Tarix: http://edit.az/forum/14/8/4539/