nik itib Yaradıldı: 28 Fevral 2019 Saat 22:18
Mövzu: Səndən mənə nə qaldı??
Qanadını qırdığın körpə arzularımın
Uça bilmək həvəsi..
Səndən mənə nə qaldı??
Məzarını qazıb da öldürdüyün bir eşqin
Axırıncı nəfəsi..
Səndən mənə nə qaldı??
Baş verən olayları qəbul edə bilməyən
Kasası dolmuş səbir..
Sevgi qəbristanında üzərinə ''Son Ümid''
Yazılmış təzə qəbir..
Səndən mənə nə qaldı??
Sənə gələn cığırda dabanlarımı əzən
Yolun çınqıl daşları..
Su altında ağlayan timsahın göz yaşına
Bənzəyən göz yaşları..
nik itib (28 Fevral 2019 Saat 22:21)
Mövzu müəllifiSəndən mənə nə qaldı??
Əqrəbləri dayanmış o hədiyyə saatın
Mışıl-mışıl yuxusu..
Güzgümün önündəki aldığın son ətirin
Sındırılmaq qorxusu..
Səndən mənə nə qaldı??
Neçə müqəddəsləri narahat eyləyib də
Dərdə qəmə salan and..
Səhifəsinin sayın itirdiyim bir kitab
Yalan tövbə yalan and..
Səndən mənə nə qaldı??
Bu son bir neçə gündə kül qabının içinə
Yığılmış əsəblərim...
Gözümdən axan yaşı udub canına çəkmiş
Nəmli şeir dəftərim..
....Bir belə haqsızlığı səndən inan əzizim
Gözləməzdim doğrusu...
Səndən mənə nə qaldı??
Bir ayrılıq....
Bir həsrət...
Bir də....
Ürək ağrısı....