Тема: ■☆■☆■ (Ordan-Burdan/Sevgi dünyası) _YEGANE_ (28 Aug 2018 в 11:49) Adətən duzun insan orqanizminə həddən artıq mənfi təsir göstərdiyi söylənilir. O, əksər hallarda mayenin bədəndə qalmasına və arterial təzyiqin yüksəlməsinə gətirib çıxarır. Kanadalı ekspertlər isə xörək duzunun zərəri barədə hər gün eşitdiyimiz mülahizələri təkzib edirlər. Onların fikrincə, duzdan normal miqdarda istifadə edilərsə, bu, ürək-damar sistemi üçün faydalı olar. Alimlərin fikrincə, duzun gündəlik miqdarı Dünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi 5 qramdan azacıq artıq olarsa, bundan sağlamlığa ziyan dəyməz. Rasionda duz çatışmazlığı isə, əksinə, infarkt təhlükəsi yaradır. Bu nəticələr 21 ölkədən 94 mindən çox insanın sidik nümunələri analizinin və digər göstəricilərin yekunları əsasında qeydə alınıb. Məlum olub ki, duzdan çox istifadə edilməsi ilə ürək xəstəlikləri arasında bağlılıq təkcə Çin üçün aktual olub. Ehtimal ki, buna səbəb soyadan hazırlanmış souslardan hər yeməkdə istifadə olunmasıdır (sutkada 12,5 qram duz). Bütövlükdə, ekspertlərin sözlərinə görə, gündə 1 çay qaşığı duzdan istifadə _YEGANE_ (28 Aug 2018 в 11:57) . Bütövlükdə, ekspertlərin sözlərinə görə, gündə 1 çay qaşığı duzdan istifadə etmək təhlükə doğurmur. _YEGANE_ (28 Aug 2018 в 12:01) Alimlər müəyyən ediblər ki, arıların insanı üzündən tanıya bilmək qabiliyyəti var. İnsan beynindəki 86 milyon hüceyrə ilə müqayisədə həşəratların beynində 1 milyondan az hüceyrə mövcuddur, ona görə də onlar məhdud sayda üzü yadda saxlaya bilirlər. Aparılan testlərin gedişində arılara insanların ağ-qara şəkilləri göstərilib. Həşəratlarda "qismən tanıma" və "sifətin kompozisiyasını" tanıma qabiliyyəti olduğu aşkar edilib, lakin onlar yalnız bütöv bir tam kimi insan üzünü yadda saxlaya bilir və detallarını müəyyənləşdirmək imkanından məhrumdurlar. Alimlər hesab edirlər ki, testin nəticələri beyinin evolyusiyasını dərk etmək üçün onlara daha yaxşı kömək edə bilər, eyni zamanda süni intellektin araşdırılmasında faydalı ola bilər. ANJELINA (28 Aug 2018 в 15:36) Qaya duzundan istifadə edin onun heç bir təhlükəsi yoxdu əksinə xeyiri var çünkü vitaminlər o daş duzdadi Tarix: http://edit.az/forum/14/8/4479/