logo beyaz
Forum - Sevgisiz heyat
Sevgi dünyası | Sevgisiz heyat
Mövzu: Bir xanımın sevgi hekayəsi ozu danıwsın bız qulaq asaq.! 15 yaşındaydım. O,həm məktəb ,həm də məhəllədə qalan bir tanışım idi.Başlanğıcda sadəcə bir tanış,mən elə də zənn etmişdim sonra nece oldu anlamadım,özünü sevdirməyi bacardı.Sevdim doğurdan da çox sevdim,amma bunu ikimiz də bir-birmizə deyə bilmirdik.Mən də qız olduğum üçün təbii ki,ondan gözləyirdim... 1 il sadəcə baxışlamızla sevdiyimizi demədən keçdi. Bir gün səhər duranda məni başqa birisi üçün istəməyə gələcəklərini öyrəndim,buna qarşı çıxdım,yalvardım amma dinləmədilər.Gələnlər varlıymış,məni xoşbəxt edəcəkmiş,pulsuz həyat olmazmış...Yalvardım,yaxardım amma döndərə bilmədim fikirlərini .Atasız olmağmın acısıyla məni onunla nişanladılar.Ölmək istədim amma edə bilmədim... Bəs, o nə etdi?..Gözlərimə baxmadı artıq,onu sevmədiyimi düşündü yəqinki. Amma mən yenə mənə sahib çıxar deyə gözlədim amma olmadı.Toy günüm (mənim üçün ölüm günüm) gəlmişdi artıq.Toya gəlmədi? deyə düşünəcəksiniz, gəldi.Çox uzun bir vaxtdan sonra ilk dəfə idi ki,görürdüm.Saç-saqqal bir-birinə qarışmışdı,axırıncı dəfə gözlərimin içinə baxdı: «xoşbəxt ol» dedi və getdi... Mənim üçün artıq hər şey bitmişdi,yanımd a bir yadla yeni həyata başlamışdım.heyat mənə bəlkə hər şeyi unutdurdu amma onu əsla....Səni nə qədər çox sevdiyimi deyə bilmədim,kaş ki,deyə bilsəydim...» dedi. Sonradan öyrəndim ki,heç kimlə evlənməyib,heç unutmayıb,bir gün sevdiyini deye biləcəyi günü gözləyib...Nə olardi ki,bu illər əvvəllər olsaydı,yanımda o olsaydı,heyatmın yoldası o olsaydı... Pul ilə xoşbəxtlik olur deyənlərə son sözüm.Əgər qəlbin bir başqasına aiddirsə,dünyanın ən zəngini olsan belə yenə fayda verməz... ALLAH heç kimi sevdiyindən ayırmasın.AMİN!
Mövzuda mesaj yoxdur
* Forum | Ordan-Burdan | Sevgi dünyası
Ana Sehife
Saytda: 6 & 85 Qaydalar
comp WEB Versiya