logo beyaz
Forum - Senin Deyil
Sevgi dünyası | Senin Deyil
Mövzu: Qaraya bürünüb ağlayan sevgin
Qəlbini eşq ilə dağlayan sevgin
Esqe qapisini baglayan sevgin
Yatıbsa oyatma, o sənin deyil
Özünü aldatma, o senin deyil !
*****
O kini qəlbindən sökərdin gərək
Yerinde bir sevgi tikərdin gərək
O daşı ətəkdən tökərdin gərək,
Getdinsə qayıtma, o sənin deyil
Özünü aldatma, o sənin deyil !
*****
İndi için-için yan dünənlərə
Kor peşman qayıdıb dön dünənlərə
Sabahlar olanmaz tən dünənlərə
Elini uzatma o sənin deyil,
Özünü aldatma, o sənin deyil !
*****
Sevgi kəndiriniz qırılıb artıq
Yerində yeni eşq qurulub artiq
Dərd-kədər çəkməkdən yorulub artıq
Qəlbini ovutma, o sənin deyil
Özünü aldatma, o sənin deyil !
*****
Yatmış o sevginiz daha oyanmaz
Bu dünya yansada daha o yanmaz
Gedən gedib artıq zaman dayanmaz
Yarani qanatma, o sənin deyil
Özünü aldatma, o sənin deyil !
*****
Özgə bir ocaga qızınıbdır o,
Yeni bir həyata qısınıbdır o,
Getmə deyə-deyə çox sınıbdır o,
O günü unutma, o sənin deyil
Özünü aldatma, o sənin deyil !
Mövzuda mesaj yoxdur
* Forum | Ordan-Burdan | Sevgi dünyası
Ana Sehife
Saytda: 11 & 111 Qaydalar
comp WEB Versiya