Mövzu: Menasi qalmayıb bu məhəbbətin
Bu sevgi səninçün bahadır, baha
Qurbanı olmusan şanın, şöhrətin
Bir vaxt sevilirdin, sevmirəm daha
^
Sən ki söyləyərdin sevirəm səni.
Heç bir var-dövlətə dəyişmərəm mən
Nə oldu unutdun sən bu kəlməni?
Deyərdin səmada ulduzunam mən
^
Sən xoşbəxt anasan, mənsə bir cavan
Övladın təsəllin olacaq sənin
Oğlunun adını qoyduğun zaman
İçində itəcən xatirələrin
^
Nədir günahımız, ayrıyıq indi,
Görəsən harada səhv eyləmişik?
Ayrıldıq, düşmanlar buna sevindi
Özümüz bu eşqi məhv eyləmişik
^
Sənli günlərimi yadıma salıb
Kədəri nəfəstək çəkirəm cana
Mən yandım, geriyə közərtim qalıb
İstərəm mənimtək dünya da yana
^
Artıq həyatından çıxıb gedirəm
Bu şeiri burada vururam başa
Allahdan tək bunu arzu edirəm
Xoşbəxt ol sevdiyim, firavan yaşa!
_joker_ (7 Sentyabr 2017 Saat 20:33)
_Ay_ParCaSi_, salamlar
Jotem (7 Sentyabr 2017 Saat 20:33)
99 qepiy
Jotem (7 Sentyabr 2017 Saat 20:32)
_Ay_ParCaSi_, 1200 manat...
Mutlu^Umutlu (7 Sentyabr 2017 Saat 20:31)
Mövzu müəllifiJotem, Neqeder borcun var de atim burdan weklini))
Jotem (7 Sentyabr 2017 Saat 20:29)
_Ay_ParCaSi_, Hami onu diyir bir deyen yoxduki ala bes manat verim borclarivi ode...
Mutlu^Umutlu (7 Sentyabr 2017 Saat 20:25)
Mövzu müəllifiJotem,
Ede Esas can saligidi Oki oldu borclarda olmaz.Teki derdin bu olsun))
Jotem (7 Sentyabr 2017 Saat 20:23)
_Ay_ParCaSi_, Gerey borclarimizi yadimiza salasan?
Mutlu^Umutlu (7 Sentyabr 2017 Saat 20:22)
Mövzu müəllifiJotem, Neylime yerlim Caliwiram.maragli olsun.Bu kes guluw olacag )
Jotem (7 Sentyabr 2017 Saat 20:20)
_Ay_ParCaSi_, meni qinama yerlim ama harda ne yazirsan ora yas yeri olur hec diyib gulmeyini gormedimde.
SON~OPUW (7 Sentyabr 2017 Saat 18:49)
_Ay_ParCaSi_, sagol ayeeee salamat)))
Mutlu^Umutlu (7 Sentyabr 2017 Saat 18:43)
Mövzu müəllifiSON~OPUW, Tewekkur Qezenfer))
SON~OPUW (7 Sentyabr 2017 Saat 18:33)
_Ay_ParCaSi_, cooook guzel yaaaa
__NeQaReT__ (7 Sentyabr 2017 Saat 16:22)
_Ay_ParCaSi_, xowdu ezizim))
Mutlu^Umutlu (7 Sentyabr 2017 Saat 15:49)
Mövzu müəllifi__NeQaReT__, Tewekur Arkadawim)