logo beyaz
Forum - Firavan Yawa!
Sevgi dünyası | Firavan Yawa!
Mövzu: Menasi qalmayıb bu məhəbbətin
Bu sevgi səninçün bahadır, baha
Qurbanı olmusan şanın, şöhrətin
Bir vaxt sevilirdin, sevmirəm daha
^
Sən ki söyləyərdin sevirəm səni.
Heç bir var-dövlətə dəyişmərəm mən
Nə oldu unutdun sən bu kəlməni?
Deyərdin səmada ulduzunam mən
^
Sən xoşbəxt anasan, mənsə bir cavan
Övladın təsəllin olacaq sənin
Oğlunun adını qoyduğun zaman
İçində itəcən xatirələrin
^
Nədir günahımız, ayrıyıq indi,
Görəsən harada səhv eyləmişik?
Ayrıldıq, düşmanlar buna sevindi
Özümüz bu eşqi məhv eyləmişik
^
Sənli günlərimi yadıma salıb
Kədəri nəfəstək çəkirəm cana
Mən yandım, geriyə közərtim qalıb
İstərəm mənimtək dünya da yana
^
Artıq həyatından çıxıb gedirəm
Bu şeiri burada vururam başa
Allahdan tək bunu arzu edirəm
Xoşbəxt ol sevdiyim, firavan yaşa!
* Forum | Ordan-Burdan | Sevgi dünyası
Ana Sehife
Saytda: 10 & 153 Qaydalar
comp WEB Versiya