logo beyaz
Forum - oxumadan kcme
Elm - Texnologiya | oxumadan kcme
Mövzu: wah vəzirinə dedi: Sənə 3 sual verəcəm sabah cavabını desən qalacaqsan yoxsa vəzifədən kənarlaşdırılacaqsan.1- ci sual: Allah nə yeyir?2- ci sual: Allah nə örtür?3- cü sual: Allah nə edir? Vəzir cavabları bilmədiyindən narahat idi.Onun zirəng və ağıllı bir qulu var idi. Quluna dedi: Şah 3 sual soruşub cavabını verməsəm vəzifədən kənarlaşdırılacam: Allah nə yeyir? Allah nə örtür? Allah nə edir?Qul dedi: Hər üçünü bilirəm amma ikisini indi və üçüncünü sabah deyəcəm.O ki qaldı Allah nə yeyir Allah bəndələrinin qəm-qüssəsini yeyirO ki qaldı nə örtür Allah bəndələrinin eyblərini örtür.Üçüncünün cavabını isə icazə verin sabah deyim.Səhəri gün vəzir və qulu şahın hüzuruna getdilər. Vəzir iki sualın cavabını verdi. Şah dedi: Düzdür. Amma de görüm cavabları özün dedin ya başqasından soruşdun.Vəzir: Mənim bu qulum ağıllı insandır cavabları o dedi.Şah dedi: Vəzirlik paltarını çıxar ver bu qula. Qulda nökərçilik paltarını çıxarıb verdi vəzirə.Sonra vəzir quldan soruşdu ki, üçüncü sualın cavabı nə idi?Qul: Hələ başa düşmədin ki, Allah nə edir?Allah bir anda qulu vəzir və vəziri qul edir.
* Forum | Ordan-Burdan | Elm - Texnologiya
Ana Sehife
Saytda: 25 & 152 Qaydalar
comp WEB Versiya