logo beyaz
Forum - SELFİEMANİYA
Qarışıq | SELFİEMANİYA
Mövzu: Selfie" sözü tərcümədə "mən" mənasını verir. Lakin müasir həyatımızda bu sözə özünün şəklini çəkmək kimi izah vermək olar. İnsan özünün şəklini çəkən zaman əlbəttə ki, heç bir psixoloji patologiya nümayiş etdirmir. Lakin hər bir marağın bir dərəcəsi var - bir zaman normal sayılan o biri dərəcədə artıq anormal sayılır.
Adətlərin və meyllərin digər pozuntularına aid olan bu növ selfiedən asılılıq xəstəlik kimi qəbul edilə bilər. Daim selfie etmək istəyi, hər gün, hər yeni pozisiyada şəkillərin nümayişinə cəhdlər, şəklin alınmaması zamanı ümumi narahatçılıq yaşayır. Şəxs prodromal gərginlik dövrü, sonra isə bu hərəkət prosesində və ondan bir müddət sonra yüngülləşmə hiss edir. Bir müddətdən sonra insan tərəfindən problem müəyyən ola bilər. Lakin artıq meyl pozuntusuna çevrildiyindən, şəkil çəkməyin dayandırılması cəhdləri uğursuzluqla sona çatır. Selfiemaniyanı bəzən narkomaniyaya bənzətmək olar: insan hər gün daha da çox dozanı (şəkil sayını) artırmaq istəyir.
Ən böyük problem isə gözəl şəkilləri çəkmək üçün riskə gedən insan sayılır. İnsanda azart o qədər yüksək nöqtəyə çatır ki, insan qarşısı alınmaz olur.
* Forum | Ordan-Burdan | Qarışıq
Ana Sehife
Saytda: 13 & 79 Qaydalar
comp WEB Versiya