logo beyaz
Forum - ......
Qarışıq | ......
Mövzu: İndi eynən sənə oxşayıram ha:
Hamıya deyirəm yaxşıyam, sağol.
Sənin sözlərindir dilimdə daha,
Mən ölüm, ayıbdır, sən öl, qonaq ol.
Belə baxıram ki, mövzu da çoxdur,
Hər şeydən danışıb gic-gic gülürəm.
Elə bir məqsədim-zadım da yoxdur,
Boş-boş işə gedib, işdən gəlirəm.
Hərdən də gedirəm, dostlara dəyim,
Heç kim də soruşmur niyə azmışam,
Həvəsim də yoxdur sübut eləyim,
O şeiri o vaxtı belə yazmışam
Nə var ki, yaxşıyam, sağlamam, sağam,
Hər şey daha yaxşı, daha da asan.
Birazdan özüm də inanacağam.
Bircə sən necəsən soruşmayasan
Raqif Raufoğlu ©
Mövzuda mesaj yoxdur
* Forum | Ordan-Burdan | Qarışıq
Ana Sehife
Saytda: 18 & 73 Qaydalar
comp WEB Versiya