logo beyaz
Forum - Üzr iste Ozunden...
Qarışıq | Üzr iste Ozunden...
Mövzu: Güclü ola bilmək elə bilirsən hər dəqiqə gülə bilməkdi?
Unutdun özünü. O ki, ağlamağa başladığın ilk damcıda, o ki, güldüyün ilk dodağının əzələsini güzgüdə görəndə, o ki, qara dərili bir oğlan uşağına tökdüyün o göz yaşı ilə qarşılaşanda tək idin. O ki, heçkimdən asılı olmadan ağlayaraq dua etmişdin Tanrıya səhərə qədər. Sən ki, həmişə tək idin.
Üzr istə özündən, o həmişə dinlədiyin əziz, gücsüz mahnıdan üzr istə, içində güc olan notlardan yapış tanımadığın, dilini bilmədiyin mahnıda.
Üzr istə gözlərindən, ağlamağı ucuzlaşdırdığın üçün.
Üzr istə dostlarından, ən yaxın adamından, ən yaxın müəllimindən, ən yaxın arzundan, ən yaxınına buraxdığın bütün insanlardan.
Üzr istə bu gündən, sabah ölə biləcəyini unutduğun andan, şükür etmədən yaşadığın o gündən, təkrar etdiyin keçmişdən, səni gözləyən gələcəkdən.
Üzr istə özündən, elə indidən.
* Forum | Ordan-Burdan | Qarışıq
Ana Sehife
Saytda: 15 & 86 Qaydalar
comp WEB Versiya