logo beyaz
Forum - Ballı tortun HAZIRLANMA QAYDASI
Qarışıq | Ballı tortun HAZIRLANMA QAYDASI
Mövzu: Hər bir xalqın özünə məxsus mətbəxi və milli xörəkləri var. Hətta elə xörəklər, şirniyyatlar var ki, adı çəkildikdə mütləq onun hansı ölkəyə, xalqa məxsus olduğu yada düşür. Ailem.az sizə ən çox ruslar tərəfindən hazırlanan ballı tortun (Medovik) hazırlanma qaydasını təqdim edir.

Ərzaqlar:

4 ədəd yumurta
2 stəkan şəkər tozu
250 qr kərə yağ
1 stəkan bal
2 stəkan un

Kremi üçün:

1 ədəd yumurta
1 stəkan şəkər tozu
1 stəkan un
2 stəkan süd
125 qram kərə yağı
1 paket vanil
1 stəkan bal

Hazırlanması:

Yumurta və şəkər tozunu yaxşıca qarışdırın. Daha sonra içinə kərə yağı qoyun. Ocağın üzərinə içi su dolu bir qazan qoyun və qaynadın. Tort xəmirini hazırladığınız qabı ocaqda olan qazanın üzərinə qoyun. Balı, daha sonra unu əlavə edib qarışdırın. Xəmir hazır olandan sonra şüşə qabın içində soyuducuda bir saat saxlayın.

Bu arada kremi hazırlayın. Verilmiş ərzaqları bir qazana tökərək qarışdırın və ocağa qoyun. Mat bir hal aldıqda ocaqdan götürün.

Soyuducuda saxladığınız xəmiri çıxararaq 6 bərabər hissəyə bölün. Bu hissələri oxlovla yayın və onları 120 dərəcəlik sobada üzərləri qızarana qədər bişirin. Bişən tort xəmirlərini yuvarlaq şəkildə kəsərək artıqlarını bir qaba yığın. Forma verdiyiniz kekslərin hər bir qatına krem çəkərək üst-üstə qoyun. Daha sonra kəsdiyiniz keks qalıqlarını xırdalayaraq tortun üzərini bəzəyə bilərsiniz.

Nuş olsun!
* Forum | Ordan-Burdan | Qarışıq
Ana Sehife
Saytda: 12 & 265 Qaydalar
comp WEB Versiya