Тема: İbReTaMiZ HeKaYeLeR (Ordan-Burdan/Qarışıq) KOBUD_CENAB (28 Nov 2017 в 21:52) Bir gün Bəhlul dərsdən sonra qazının oğlanlarını evə buraxmadı, onları bir otağa saldı. Qazı axşamüstü oğlanlarının evə gəlmədiyini görüb Bəhlula xəbər göndərdi ki, uşaqlar niyə evə qayıtmayıblar? Bəhlul da cavab verdi ki, təəccüblü bir hadisə baş verib: uşaqlar dönüb ayı olublar; qazı gəlib ayı balalarını apara bilər. Bu xəbəri eşidən qazı tez Bəhlulun yanına getdi. Bəhlul ona da əvvəl dediyi sözləri söylədi. Qazı gedib Haruna şikayət elədi. Harun Bəhlulu çağırtdırıb əhvalatı soruşdu. Bəhlul dedi: - Xəlifə sağ olsun, qazının uşaqları kitab oxuduqları zaman mən bayıra çıxmışdım, qayıdıb otağa girəndə gördüm ki, uşaqların yerində iki ayı balası əyləşib. O dəqiqə başa düşdüm ki, allahın qüdrətilə uşaqlar dönüb ayı balası olublar. İnanmayırsınızsa, gedim bu saat ayı balalarını, yə'ni qazının uşaqlarını gətirim məclisə. Tarix: http://edit.az/forum/14/5/2987/