| Forum - İbReTaMiZ HeKaYeLeR |
Mövzu: Bir kişi səfərə gedirdi, bir bardaq qızılını əmanət saxlamaq üçün qazının yanına gətirdi. Qazı evin taxçasını pul yiyəsinə göstərib dedi:
- Öz əlinlə əmanəti taxçaya qoy, gəlib öz əlinlə də oradan götürərsən.
Kişi bardağı taxçaya qoyub getdi. Qazı bardağı açıb, qızılları boşaltdı, bal ilə doldurdu.
Bir neçə aydan sonra pul yiyəsi gəlib əmanətini istədi. Qazı taxçanı göstərib dedi:
- Özün qoyduğun yerə əl uzat, götür.
Kişi bardağı götürüb evinə apardı. Açıb içində qızıl əvəzinə bal gördü. Durub başılovlu qazının yanına gəlib, əhvalatı danışdı. Qazı halını pozmadan dedi:
- Allahın qüdrətindən uzaq deyil, səni heçdən yaradan allah qızılı da bal eləyə bilər.
Kişi kor-peşman evinə qayıtdı, özünü məzəmmət etməyə başladı: «Mənə deyən gərək, ay axmaq, adam da qoyunu qurda tapşırar!»
...Haradansa Bəhlul Danəndə bu əhvalatı eşitdi, kişini çağırtdırıb dedi:
- Heç ah-uf eləmə, get evinə, üç-dörd aya sənin pullarını qazıdan alarıq.
Qazının oğlanları Bəhlulun evində ondan dərs alırdılar. Bəhlul ovçuların vasitəsilə bir cüt ayı balası tapdırdı və onlara tə'lim verməyə başladı. Əvvəlcə qazının müqəvvasını düzəltdi. Onu başında əmmamə, çiynində əba, yerdə əyləşən qoyub, hər gün ayı balalarını müqəvvanın dizi üstə yedirib içirdirdi... Beləliklə, ayı balaları qazının müqəvvasına öyrəşdilər.
KOBUD_CENAB (28 Noyabr 2017 Saat 21:52)
Mövzu müəllifiBir gün Bəhlul dərsdən sonra qazının oğlanlarını evə buraxmadı, onları bir otağa saldı. Qazı axşamüstü oğlanlarının evə gəlmədiyini görüb Bəhlula xəbər göndərdi ki, uşaqlar niyə evə qayıtmayıblar? Bəhlul da cavab verdi ki, təəccüblü bir hadisə baş verib: uşaqlar dönüb ayı olublar; qazı gəlib ayı balalarını apara bilər. Bu xəbəri eşidən qazı tez Bəhlulun yanına getdi. Bəhlul ona da əvvəl dediyi sözləri söylədi.
Qazı gedib Haruna şikayət elədi. Harun Bəhlulu çağırtdırıb əhvalatı soruşdu. Bəhlul dedi:
- Xəlifə sağ olsun, qazının uşaqları kitab oxuduqları zaman mən bayıra çıxmışdım, qayıdıb otağa girəndə gördüm ki, uşaqların yerində iki ayı balası əyləşib. O dəqiqə başa düşdüm ki, allahın qüdrətilə uşaqlar dönüb ayı balası olublar. İnanmayırsınızsa, gedim bu saat ayı balalarını, yə'ni qazının uşaqlarını gətirim məclisə.