logo beyaz
Forum - Weir
Qarışıq | Weir
Mövzu: Həyat yollarında batıb qalmışam,
Heç bir kəsim axtaranım yox mənim.
Ürəyimi yandırıb çatıb qalmışam,
Heç bir kəsim axtaranım yox mənim.
Soran yoxdu yetim neynir necədi,
Həyat ona gündüz yoxsa gecədi,
Mənim ömrüm gəzintisiz küçədi,
Heç bir kəsim axtaranım yox mənim.
Addım başı ümidlərim qırılır,
Baharıma boran düşür qar alır,
Sevən könlüm cavanikən qaralır,
Heç bir kəsim axtaranım yox mənim.
Həyat təkdi məndə təkəm həyatda,
İlkin ağlayır qan yağır buludda,
Gözlərim kor olub görmürəm hətta,
Heç bir kəsim axtaranım yox mənim.
o3-o8-2o17 1o:46
* Forum | Ordan-Burdan | Qarışıq
Ana Sehife
Saytda: 16 & 162 Qaydalar
comp WEB Versiya