logo beyaz
Forum - Sual cavab)
_Ay _ParCaSi_ | Sual cavab)
Mövzu: 1. Sual: Oğrular niyə modanı izləyirlər?
Cavab: Ciblərinin yerini öyrənmək üçün.
2. Sual: Heç qar yağmayan hava hansıdır?
Cavab: Oyun havası.
3. Sual: Hansı top hoppanmır?
Cavab: Qar topu.
4. Sual: Hansı bağda üzüm yetişməz?
Cavab: Ayaqqabı bağında.
5. Sual: Ən gözəl qoxan fil hansıdır?
Cavab: Qərənfil.
6. Sual: 5 illik məktəbi 30 ildə bitirənə nə deyirlər?
Cavab: Müəllim.
7. Sual: Dənizlər niyə duzludur?
Cavab: Balıqlar qorxmasın deyə.
8. Sual: Hansı yazı silinməz?
Cavab: Əlbəttə, alın yazısı!
9. Sual: Hansı qaba su qoyulmaz?
Cavab: Ayaqqabıya.
10. Sual: Ələk ilə su necə daşınar?
Cavab: Dondurularaq.
11. Sual: Hansı gül qoxmaz?
Cavab: Vergül.
12. Sual: Pilotlar niyə havada qeybət qırırlar?
Cavab: Yerin qulağı olduğu üçün.
13. Sual: Qırıldığı zaman işlənən şey nədir?
Cavab: Yumurta.
14. Sual: Qaranlıqda nəyimizi görə bilmərik?
Cavab: Kölgəmizi.
15. Sual: Kral ölsə, oğlu nə olar?
Cavab: Yetim olar.
16. Sual: Ayağını yorğanına görə uzatmayan nə olur?
Cavab: Xəstələnib, rematizma olur.
17. Sual: Dunyaya ilk toyuq gelib yoxsa yumurta?Bunada siz Cavab Verin)
* Forum | Ordan-Burdan | _Ay _ParCaSi_
Ana Sehife
Saytda: 13 & 181 Qaydalar
comp WEB Versiya