logo beyaz
Forum - Niye ? Cavab
_Ay _ParCaSi_ | Niye ? Cavab
Mövzu: Niyə belə olmalıdır ki? Həyat bu qədər asankən, yaşamaq bu qədər sadəykən nədən əzab çəkirik ki? Və ya biz ümumiyyətlə əzab mı çəkirik? Yoxsa özümüzü mü acındırırıq başqalarına? Normal, rutin bir yaşam sürərkən niyə problemlər yaradırıq ki özümüzə? Məsələn niyə sevirik? Niyə sevirik ki, sonrada gecələr yuxu haram olur bizə? Oysa sevməsək necə də rahat olarıq, deyil mi? Normal yuxumuz, həyatımız olar. Birini düşünməkdən başımız ağrımaz. Ümidsizliyə qapılıb ağlamaqdan gözümüz şişməz və ya canımızdan çox dəyər verdiyimiz biri olmaz həyatımızda sevməsək. Bildiyiniz robot olarıq. Funksiyaları yatmaq, yemək, işləmək( oxumaq), televiziyaya baxmaq və daha bir neçə işlə məhdud olan bir robot..
Yoox, burda bir yanlışlıq var. Axı sevgi həyatın insana tanıdığı ən gözəl şanslardan biridir. Bəs elə isə bu gözəl şans bizim həyatımızı necə məhv edə bilər ki? Necə əzab çəkdirə bilər ki bizə? Yəqin ki, həmişə olduğu kimi bizdədir səhv. Heç nəyi mükəmməl bilmədiyimiz kimi, sevməyi də bilmirik
1 2 >
* Forum | Ordan-Burdan | _Ay _ParCaSi_
Ana Sehife
Saytda: 23 & 154 Qaydalar
comp WEB Versiya