logo beyaz
Müzakirə üçün mövzu
Forum - El Eli Yuyar
_Ay _ParCaSi_ | El Eli Yuyar
Mövzu: Əl əli yumasa, əl üzü yumaz,
Hörmət eləməsən, əlin yuyulmaz.
O hörmətki, ancaq cibləri gəzir,
Ciblər boş olanda olursan yesir.
~
Ürəyi dolular lap qəlbdən düşüb,
Ürəyin hörməti çox dəbdən düşüb.
Cibin hörmətinə möhtac qalıbdır,
Cibləri dolular meydan alıbdır.
~
Başa kimdir girən, cib əlin yolu,
Başın da boş olsun, ciblərin dolu -
Çəkidə hamıdan gələrsən ağır,
Əlin əl yumasa, üzün qalar qır.
~
Hörmət eləməsən, hörmət görməzsən,
Yaxşının dadını bilməzsən heç sən.
Rüşvətin mədəni adıdır hörmət,
Dadların ən gözəl dadıdır hörmət
~
Nə yaxşı ki, hörmət varmış dünyada,
Yoxsa hamı pulsuz qalar arada.
Hamı bir-birini soyur, talayır,
Özünə ev qurur, ocaq qalayır.
~
Maaş olmayanda dəb olur hörmət
Bəs, necə yaşasın, dolansın millət?!
Olmasa əlləri yuyan o əllər,
Üzlər qara qalar, olmaz əməllər!
* Forum | Ordan-Burdan | _Ay _ParCaSi_
Ana Sehife
Saytda: 15 & 168 Qaydalar
comp WEB Versiya