logo beyaz
Forum - insanliga deyer verin...
_Ay _ParCaSi_ | insanliga deyer verin...
Mövzu: Hər bir xanım qorunmaq istər....Bəziləri atasından gördüyü , bəziləri isə ömründə heç görmədiyi sahiblənməyi, qayğını, nəvazişi sevdiyi, dəyər verdiyi şəxsdən görmək istər....Bəzi ağılsız qızcığazlar da oğlanın gücünü, insanlığını onun biçepsinin böyüklüyü, kürəyinin eni, boyunun uzunluğuyla ölçər... Amma o qədər ayı boyda oğlanlar var ki, cücə boyda pullu qızın və ya anası yaşda xalaların pulunun arxasında kişilənir, gərilə-gərilə gəzir....(Təbii ki sözümü hamıya deyil, bəzilərinə şamil edirəm...) Bir də qəlbi gözəl, ürəyi pak insanlar var ki sənin qayğına qalar, nazını çəkər, hər əziyyətinə səbrlə qatlaşar, ağrı-acını qəlbən duyar, problemlərinə ürəkdən can yandırar....Səni qəlbinə həbs edər, bütün pisliklərdən, xəbis insanlardan göz bəbəyi kimi qoruyar... Mən demirəm idmanla məşğul olan və ya özünə görə vid-fasonlu oğlanların hamısı pisdir...Xeyr, qətiyyən...İdman sağlamlıqdır və hər kəs də bacardığı qədər məşğul olmalıdır.... Amma sevgini, gücü , qeyrəti sırf biçepsdə, boyda, əzələdə, pulda görənlər, sizin də ürəyiniz, insanlığınız elə onlar qədərdir... Sizi sevən gözəl qəlbli insanlar üçün siz də ürəyinizi, əməlinizi , namusunuzu təmiz saxlayın ki sabah alnıaçıq gəzə biləsiniz ..
Mövzuda mesaj yoxdur
* Forum | Ordan-Burdan | _Ay _ParCaSi_
Ana Sehife
Saytda: 4 & 61 Qaydalar
comp WEB Versiya