logo beyaz
Forum - Daşa Donduk sevda yolunda
_Ay _ParCaSi_ | Daşa Donduk sevda yolunda
Mövzu: Bu məhəbbət nə çətinmiş, nə ağır,
Bu talehdən bəxtimizə daş yağır...
Bu sevgidə nə əvvəl var, nə axır..
Sən baharda...mənsə ömrün qışında..
Daşa döndük, bu sevdanın başında..

Daş ürəyin sevgisi də daş olar...
Daş ürəkdə bahar olmaz, qış olar...
Qismət bəzən əl çatmayan quş olar...
Deyirlər ki, sevdası var quşun da...
Daşa döndük bu sevdanın başında...

Çox sevgidən çox bəxtəvər yarıdı...
Yarımayan bizim kimi... qarıdı...
Ömür ki var, məhəbbətlə yarıdı...
Dəniz varmış gözümüzün yaşında...
Daşa döndük bu sevdanın başında...

Mən ağılsız...daş ürəkdən pay umdum...
Sevgi umdum..haray umdum..hay umdum...
Sən bahardan qış ömrümə yay umdum...
Deyərdilər..qisməti var daşın da...
Daşa döndük bu sevdanın başında...
* Forum | Ordan-Burdan | _Ay _ParCaSi_
Ana Sehife
Saytda: 25 & 253 Qaydalar
comp WEB Versiya