logo beyaz
Forum - ♡♡♡♡♡♡
_Ay _ParCaSi_ | ♡♡♡♡♡♡
Mövzu: insan yaradılışı əks cinsə olan duyğulardan ibarətdir. Bu valideyn övlad münasibətinə də təsir edir. Oğul anaya, qız isə ataya düşkün olur. Zamanla qız övladı böyüyür, əgər atada qüsurlar varsa ona qarşı təəssüf hissi yaranır. Çünki qadın emosional varlıqdır. Ananın incindiyini görmək onu da incidir. Bu isə bəzən bütün kişilərə küsməklə nəticələnir. Oğlan uşaqlarında isə məsələ bir az fərqlidir. Onlar ən çox anadan tərbiyə gördüyünə görə, ana ərindən ala bilmədiyi sevgi üçün gözünü dikir oğluna. Natamamlıq kompleksini onunla bərpa etməyə çalışır. Bəzi analar oğullarına aşiq olurlar. Onu qısqanmaq, evləndirməmək və ya boşatdırmaq kimi cəhdləri olan analar heç də normal qadınlar deyillər. Bəzi analar sadəcə ərdən görə bilmədikləri dəyəri oğuldan görməyə çalışır və məhz buna görə öz sözlərini yeridirlər. Bəzi analar isə elə düşünürlər ki, kiminsə evində gəlin olmaq elə budur. Döyülürsən,söyülürsən amma susursan. Çünki sən susmalısan. Eyni şeyi də öz gəlinlərindən gözləyirlər. Ən mələk analar isə qəlbində mərhəməti olanlardır. Onlar öz həyatlarında gördükləri bütün bədbəxtlikləri oğullarına yansıtmamaq üçün əllərindən gələni edirlər.
* Forum | Ordan-Burdan | _Ay _ParCaSi_
Ana Sehife
Saytda: 23 & 192 Qaydalar
comp WEB Versiya