Тема: wenbe gunun zikri... (Ordan-Burdan/Ibretamiz Movzular.) AZER_BAYCAN^ (9 Nov 2018 в 23:25) İlahi! Yalnız Sәnsәn şәriksiz vә vahid. Kiminsә Sәni mülk sahibi etmәyinә ehtiyacın olmayan maliksәn. Hökmündә müxalifәt vә mülkündә çәkişmә olmaz. Sәndәn istәyirәm ki, bәndәn vә rәsulun Məhәmmәdә salavat göndәrib, ne'mәtlәrinә şükr etmәyi mәnә elә nәsib edәsәn ki, axırda Sәnin daha yaxın razılığına sәbәb olsun. AZER_BAYCAN^ (9 Nov 2018 в 23:28) Sәnә itaәt vә hәmişә ibadәt etmәk vә savaba nail olmaqda, Öz lütf vә inayәtinlә mənə yardım et! Ömrüm boyu Sәnә qarşı günahdan uzaq olmaqda mәnә rәhm et vә mәni, mәnә mәnfәәtli olan işlәr görmәyә müvәffәq et! Öz kitabınla (Qur'anla) mәnim qәlbimi genişlәndir vә onu tilavәt etmәklә günahlarımı əfv et! Din vә nәfsimi dә sağlam saxla! AZER_BAYCAN^ (9 Nov 2018 в 23:29) Mәnimlә ünsiyyәtdә olmaq istәyәnlәr mәndәn qorxmasınlar deyә, әxlaqımı yaxşılaşdır! İndiyәdək mәnә ehsan etdiyin kimi, ömrümün qalan hissәsindә dә ehsanını mәnә tamamla, ey rәhm edәnlәrin rәhm edәni! Allah c.c qəbul etsin Admin (10 Nov 2018 в 00:48) Beyinsiz balığa izah etsəydim bəlkədə çoxdan başa düşərdi, FORUM müzakirə üçündür. Birdə online sms forum vəs qaydaların pozan görsəm nik bota qoşulacaq silinəcək!! Tarix: http://edit.az/forum/14/40/4516/