logo beyaz
Müzakirə üçün mövzu
Forum - qorxma küreyini Allaha söykə.
Ibretamiz Movzular. | qorxma küreyini Allaha söykə.
Mövzu: Zülmət gecələrə günəşdir Allah
Qanadsız quşlara qanaddır Allah
Açsana gözünü, aç və yaxşı bax
Görmürsən nə gözəl Rəssamdır Allah?!...
...
Xoşbəxtlik ondadır, inan ki, onda
Qovuş ki, çox xoşbəxt olasan sonda
Qorxmursan yanarsan alovda, odda?
Alovlu dünyanı söndürər Allah...
....
Bircə gözyaşına təmizlənərsən...
Əfv dilə, dərk elə,özün görərsən
Bilməzsən, bu axşam bəlkə ölərsən...
Ölmədən tərtəmiz təmizlən vallah...
...
Dərdini Allaha aç,danış, söylə
Dərdinin dərmanı ondadır ancaq
Qorxma kürəyini Allaha söykə
Qırılmaz tək dayaq Allahdır ancaq...
...
Əllərin qolların vardırsa sənin,
Nədən ki, sən hər gün şükür etməzsən?
O qara saçında düşən hər dənin...
Bircə hesabı var, bilə.bilməzsən...
...
Aç ona əlini, yalvar Allaha
Biganə qalmaz o bil dualara
Günahı çevirər o savablara
Yetər ki, ürəkdən əl aç Allaha...
Yetər ki, ürəkdən yalvar Allaha...
* Forum | Ordan-Burdan | Ibretamiz Movzular.
Ana Sehife
Saytda: 60 & 36 Qaydalar
comp WEB Versiya
MobTop.az