Тема: Ağıl ve urek şeir (Ordan-Burdan/Ibretamiz Movzular.) KOBUD_CENAB (5 May 2018 в 21:11) [b]Ağıl Gəl aldanma onun gözəlliyinə, İnan, hər şey demək, deyil gözəllik. Gözəlliyin əymədiyi qaməti, Əyib qarşısında ağılla, bilik. Ürək Mən belə sözləri, çox eşitmişəm, Sanma ki, mənimçün bu bir qayədir. Bunlar sənin kimi, düşünənlərin, Uydurduğu nağıl, bir hekayədir. Ağıl Daha söyləməyə sözüm yox sənə, Bilirəm yolundan, dönməyəcəksən. Toruna düşərək, bu məhəbbətin, Allahı çoxdandır, tərk etmisən sən. Ürək Sənin sözündəki, həqiqət qədər, Mənim ürəyimdə , məhəbbət vardır. Amma, nə edək, səni yaşadan mən, Məni yaşadansa, sevgidir, yardır. Ağıl Əsiri olmuşam, hissinin sənin, Almısan əlimdən, qərarımı sən. Qanun səninkidir, qərar sənindir, Daha bundan sonra, özün bilərsən. Ürək Sevgimin məhkumu olsam da belə, Bu yolda qərarım, qətidir qəti. Ruhum nə qədər ki, yaşayacaqdır, Qoruyacam mən də, bu məhəbbəti .[/b] Tarix: http://edit.az/forum/14/40/4271/