logo beyaz
Forum - °QaDiN°
Ibretamiz Movzular. | °QaDiN°
Mövzu: Tanrımı söyləsəm, yenə az olar,
Möcüzə kimidir, sehir kimidir.
Qadın var ki, ona şeir yazılar,
Qadın var ki, özü şeir kimidir.
.
Qəlbinə toxunma, sən qədrini bil,
Könüllər sevgisiz erkən solurmuş.
Qadın gözəlliyi daş-qaşla deyil,
Qadın seviləndə gözəl olurmuş.
.
Qadınlar tanrıtək qoy böyük olsun,
Dünyanı güldürər üzü güləndə.
Daş deyil əlində ağır yük olsun,
Bir çiçək götür gəl evə gələndə.
.
Gözləyər sən evə gec gələndə hər,
Gözünü bir qırpım yumacağı yox.
Biraz diqqət istər, sədaqət istər,
Bir ayrı diləyi, umacağı yox.
.
Qoymayaq arzusu qalsın yarıda,
Qadın həyat verir, həyat bitirir.
Nə yaxşı dünyaya qadınları da,
Nə yaxşı dünyaya qadın gətirir
* Forum | Ordan-Burdan | Ibretamiz Movzular.
Ana Sehife
Saytda: 12 & 115 Qaydalar
comp WEB Versiya