logo beyaz
Forum - Ağlatır yağiş
Ibretamiz Movzular. | Ağlatır yağiş
Mövzu: Göylərin gözü də dolubdu yenə,
Mənim pəncərəmdə ağlayır yağış.
Sakit, narın-narın yenə də yağır,
Könül pəncərəmdə ağlayır yağış.
Nədən gileylidir,nədən qəmlidir,
Hava da dəyişib, duman, çənlidir,
Yağırsa, demək ki,yenə dərdlidir,
Könül pəncərəmdə aglayır yağış.
Hər ömrün fərqlı bir naxışı olur,
Bəzən yol sonunda göz yaşı olur,
Gülən gözlər belə bulud tək dolur,
Könül pəncərəmdə aglayır yagış.
Ürəyimdən damla-damla süzülür,
Kipriyimdə muncuq kimi düzülür,
Vaxtsız yağır, qəlbimi də üşüdür,
Könül pəncərəmdə ağlayır yagış.
Mövzuda mesaj yoxdur
* Forum | Ordan-Burdan | Ibretamiz Movzular.
Ana Sehife
Saytda: 31 & 106 Qaydalar
comp WEB Versiya