logo beyaz
Forum - Sensizem yene
Ibretamiz Movzular. | Sensizem yene
Mövzu: Ağlar nəğmələrin kamanı tarı,
Bir günə zülmətəm sənsizəm yenə.
Xəyalın küsməsin xəyalın barı,
Bir dünya möhnətəm sənsizəm yenə.
Zülfünə əsirdir dəli duyğular,
Köksümdə ağlayan ürəyim çağlar.
Sənə yetişmədi bu səs sorağlar,
Səssizcə söhbətəm sənsizəm yenə.
Əbədi həsrətə yar oldun getdin,
Özgə budaqlara bar oldun getdin.
Sən vicdan əzabı ar oldun getdin,
Ömrümə qürbətəm sənsizəm yenə.
Axtar gözlərimə gələn yolları,
Gəl ümüd şamında alov ol mənə.
Gəl sınsın talansın həsrət qolları,
Özümə hiddətəm sənsizəm yenə.
Mövzuda mesaj yoxdur
* Forum | Ordan-Burdan | Ibretamiz Movzular.
Ana Sehife
Saytda: 13 & 161 Qaydalar
comp WEB Versiya