logo beyaz
Müzakirə üçün mövzu
Forum - YaTiRaM YuXum QoNaQ Gelersen
Ibretamiz Movzular. | YaTiRaM YuXum QoNaQ Gelersen
Mövzu: Gəl, gülüm, dərdimi atım, unudum,
Yağışı qərq eylə, yağdır, buludum.
Arzular müxtəlif, bu günkü arzum-
Yatıram, yuxuma qonaq gələrsən.
YATIRAM YUXUMA QONAQ GƏLƏRSƏN
Ağ atlı oğlanam, nağılım ol sən,
Könlümdə əbədi bir yuva qur sən.
Pıçıltıyla deyim, astaca duy sən -
Yatıram, yuxuma qonaq gələrsən.
YATIRAM YUXUMA QONAQ GƏLƏRSƏN
Məhəbbətlə coşaq, çağlayaq qoşa,
Bu gecə yazılsın yada- yaddaşa.
Vüsalı dadaraq, gülüm, birbaşa
Yatıram, yuxuma qonaq gələrsən.
YATIRAM YUXUMA QONAQ GƏLƏRSƏN
Əlini əlimdən çəkmə gəlincə,
Ömrümə naxışsan, incədən incə.
Xahişim, diləyim tək budur bircə-
Yatıram, yuxuma gələrsən qonaq.
YATIRAM YUXUMA QONAQ GƏLƏRSƏN
Ayrılıq olmasın, vida olmasın,
Səhər açılmasın, vədə dolmasın.
Bir kimsə Resadi qoy oyatmasın,
Yatıram, yuxuma gələrsən qonaq.
Mövzuda mesaj yoxdur
* Forum | Ordan-Burdan | Ibretamiz Movzular.
Ana Sehife
Saytda: 17 & 184 Qaydalar
comp WEB Versiya