logo beyaz
Forum - Dünya heç kimin
Ibretamiz Movzular. | Dünya heç kimin
Mövzu: Üstündə gəzirik dəlilər kimi,
altında ölüsü yatmadı kimin?!...
Dünya heç kimindi...-söylədi şair,
dünya nə səninmiş,nə də ki,mənim!...
DÜNYA HEÇ KİMİN..
Dünya bizim olar,sevda bizimsə,
məhəbbət hər ömrün göz işığıdı...
Necə yaşayaram həyatı sənsiz,
eşqin dünyamızın öz işığıdı!...
DÜNYA HEÇ KİMİN...
Axı unudulmaq özü də dərddi,
xəyallar beləcə sənlidi sənsiz...
Bu eşqi unutmaq asan deyildir,
ömrüm xəzan rəngli-qəmlidi sənsiz!...
DÜNYA HEÇ KİMİN...
Dünya heç kimindi...-söylədi şair,
dünya nə səninmiş,nə də ki,mənim...
Üstündə gəzirik dəlilər kimi,
altında ölüsü yatmadı kimin?!...
Mövzuda mesaj yoxdur
* Forum | Ordan-Burdan | Ibretamiz Movzular.
Ana Sehife
Saytda: 19 & 134 Qaydalar
comp WEB Versiya