Тема: Qadınlar ve kişiler (Ordan-Burdan/Ibretamiz Movzular.) KOBUD_CENAB (26 Dec 2017 в 11:53) Öncə danışmağın möcüzəsinə toxunaq. İnsanın nitq qabiliyyətinin formalaşması zamanı baş verənlərə. Bir söz söyləmək istədiyiniz zaman beyninizdən gələn bir çox əmr səs tellərinizə, dilinizə və çənə əzələlərinizə gedir. Beyinin danışıq mərkəzi danışma əməliyyatınızda rol oynayan bütün əzələlərinizə lazımi əmrlər verir. Əvvəlcə, ağciyərləriniz isti hava təmin edir. İsti hava danışığın xammalıdır. Hava burnunuzdan girir, burun boşluğu, boğaz, nəfəs borusundan sonra bronxlarınıza, oradan da ağciyərlərinizə keçir. Havadakı oksigen ağciyərlərinizdə qana qarışır. Nəticədə, karbondioksid xaric olunur. Ciyərlərinizdən geri qayıdan hava boğazınızdan keçərkən səs tellərinin arasından keçir. Bu tellər pərdəyə bənzəyir və bağlı olduqları kiçik qığırdaqların təsiri ilə hərəkət edirlər. KOBUD_CENAB (26 Dec 2017 в 11:54) Danışmağınız üçün bu əməliyyatların hər biri qüsursuz olmalıdır. Bu kompleks əməliyyatlar heyrətamiz sürətlə və qüsursuz şəkildə reallaşarkən sizin bunlardan xəbəriniz belə olmur. Danışdığımız zaman bir-birimizi necə anlayırıq? Dünyada 6000-dən çox dil var. Müxtəlif insan cəmiyyətləri 6000 dil vasitəsilə bir-birləri ilə ünsiyyət qururlar. Bu dilləri meydana gətirən minlərlə söz və bu sözləri cümlələr halına gətirən qrammatik qaydalar bir-birindən tamamilə fərqlənir. İki psixoloqun - Uilyam Naqi və Riçard Andersonun ingilis dilində danışan ölkələrdə apardıqları araşdırmaya görə, 1-ci sinfə gedən uşaq 13 min, 11-ci sinfi bitirdikdə 60 min söz bilir KOBUD_CENAB (26 Dec 2017 в 11:55) . Yetkin insan isə təxminən 120 min söz bilir. Zehnimizdəki bu nəhəng lüğəti meydana gətirmək üçün 1 yaşından 17 yaşına qədər gündə 10 söz, ya da oyanıq olduğumuz zaman hər 90 dəqiqədə yeni bir söz öyrənməli, üstəlik öyrəndiyimiz hər sözü də heç vaxt unutmamalıyıq. Halbuki, şüurlu olaraq belə bir səy göstərmirik. Sözlər biz fərqində belə olmadan zehnimizdə öz yerlərini mənaları ilə birlikdə tuturlar. (_Q_I_S_A_S_) (4 Nov 2022 в 14:15) Gozel paylawimdi. Tarix: http://edit.az/forum/14/40/3360/