Тема: Günahsız Qadın (Ordan-Burdan/Ibretamiz Movzular.) KOBUD_CENAB (24 Dec 2017 в 23:04) İmam (ə) bu sözləri eşidən zaman ağlamağa başladı. Dəsmalı və saqqalı göz yaşından islandı. Buyurdu: Bəşar! Qalx Səhlə məscidinə gedək və o qadının nicat tapması üçün dua edək. Bir nəfəri də saraya göndərdi ki, o qadının halından xəbər tutsun. Səhlə məscidinə gəldik və iki rükət namaz qıldıq. Həzrət (ə) o qadının nicat tapması üçün dua etdi və səcdəyə getdi. Başını səcdədən qaldırıb buyurdu: Hərəkət edək, onu azad ediblər. Məsciddən çıxdıq və İmamın (ə) saraya göndərdiyi həmin şəxs geri qayıtmışdı. Yolda Həzrəti (ə) görüb dedi: Onu azad etdilər İmam (ə) soruşdu: Necə azad etdilər? KOBUD_CENAB (24 Dec 2017 в 23:06) Həmin şəxs dedi: Bilmirəm, mən saraya gedən zaman qadını həbsdən azad edirdilər. Onu sultanın yanına apardılar və o qadından soruşdu: Nə etmisən ki, məmurlar səni həbs ediblər?. Qadın da başına gələnləri danışdı. Sultan da ona 200 dirhəm verdi, ancaq o, qəbul etmədi. Onu azad etdilər. Həzrət (ə) buyurdu: 200 dirhəmi götürmədi?. Dedi: Allaha and olsun ki, yox. İmam (ə) buyurdu: Bəşar, bu yeddi dinarı o qadına ver, çünki çox ehtiyacı vardır və mənim də salamımı ona çatdır. Mən bu pulu qadına verdim və İmamın (ə) salamını ona çatdırdım, qadın sevinərək dedi: İmam (ə) mənə salam göndərir?. Dedim: Bəli. KOBUD_CENAB (24 Dec 2017 в 23:08) Üç dəfə bu sualı verdi və mən də cavab verdim. Sonra dedi ki, mən də onun salamını İmama (ə) çatdırım və deyim ki, İmamın (ə) kənizidir və duasına ehtiyacı vardır. Qayıdıb qadının sözlərini İmama (ə) danışdım. İmam (ə) ağlayan halda o qadına dua etdi. (Həvzəh) Allah Təala bizləri imaməti dərk edənlərdən qərar versin. (_Q_I_S_A_S_) (4 Nov 2022 в 13:59) Amin Tarix: http://edit.az/forum/14/40/3335/