logo beyaz
Forum - ¤¤¤¤Seyir¤¤¤¤
Yumor/Əyləncə | ¤¤¤¤Seyir¤¤¤¤
Mövzu: Gülürsən üzümə; gülüşün şirin,
ancaq gözlərində bir intizar var…
Şirindir bu sənli dəqiqələrim,
ancaq ürəyimdə susub arzular!…
Elə arzularam,elə istərəm,
nazla gözlərimə baxasan,gülüm!… Amma istəmərəm gizlin gileylə,
qəlbimi yandırıb-yaxasan,gülüm!…
Ömür ağacımın düşür yarpağı,
son payız küləyi uğuldadıqca…
Gül-çiçək qucaqlar qara torpağı,
ürək öz eşqini pıçıldadıqca!… Sevənlər ehtiyac duymamış sözə,
sevindim-gözünə baxanda,gülüm!…
Gəl,qoşa dayanaq-duraq üz-üzə,
birlikdə bu yola çıxanda,gülüm!…
Sənsiz hər əzabı daşısam da mən,
*sevmirəm,*-sözünü deməyəcəyəm!… Əlli il,lap yüz il yaşasam da mən,
sənsiz sevinc nədir-bilməyəcəyəm!
Mövzuda mesaj yoxdur
* Forum | Ordan-Burdan | Yumor/Əyləncə
Ana Sehife
Saytda: 11 & 261 Qaydalar
comp WEB Versiya