logo beyaz
Forum - ŞaxtaBaba və QarQız :))))
Yumor/Əyləncə | ŞaxtaBaba və QarQız :))))
Mövzu: Bir gün Şaxtababa və Qarqız gizlənqaç oynayır. Şaxtababa yumur, Qarqız gizlənir. Şaxtababa 30-a qədər sayıb gözlərini açır və başlayır qarqızı axtarmağa.. Axtarır, axtarır ama tapa bilmir.. Çarəsiz, Qarqızı tapa bilmək üçün yollara düşür. 40 gün 40 gecə yol gedəndən sonra, yolda Zaur Baxışəliyevə rast gəlir. Deyir EY ZAUR. MƏNİM ƏZİZ NƏVƏM. QARQIZIMI İTİRMİŞƏM. TƏSADÜFƏN GÖRMƏMİSƏN? Zaur cavab verdi: YOX, AY ŞAXTABABA. GÖRMƏMİŞƏM. İSTƏYİRSƏN MİN FERRARİMƏ, GEDƏK BİRLİKDƏ AXTARAQ. Şaxtababa və Zaur Baxışəliyev ələk Azərbaycanı ələk vələk eləyirlər, amma Qarqızı tapa bilmədilər. Şaxtababa pərişan halda yoluna tək davam etdi. 40 gün 40 gecə barları, diskotekaları gəzdi. Amma, oralarda da Qarqızı tapa b9ilmədi. Bir qədər yol gedəndən sonra Xoşqədəm Hidayətqızına rast gəldi. Soruşdu, AY XOŞQƏDƏM XANIM, MƏNİM GÜL NƏVƏM. QARQIZIMI İTİRMİŞƏM, SƏNİN VERİLİŞƏİNƏ GƏLİB ÇIXMAYIB Kİ? Xoşqədəm Hidayətqızı cavab verdi ki, YOX AY ŞAXTABABA. QARQIZINI MƏN DƏ GÖRMƏMİŞƏM. AMMA, İSTƏSƏN, MİN XAMMERİMƏ, BİR YERDƏ AXTARAQ. Bicarə Şaxtababa razılaşdı. Xoşqədəmlə birgə bütün dünyanı dolaşdılar. Amma, yenə də Qarqız tapılmadı. Şaxtababa, bilmədi ki, neyləsin. Kor peşman, Qarqızının yoxluğu ilə barışıb yurduna qayıtdı. Evinə girəndə, Qarqız onu görüb STOP!! STOP!! deyib əlini divara vurdu. )))))
* Forum | Ordan-Burdan | Yumor/Əyləncə
Ana Sehife
Saytda: 8 & 134 Qaydalar
comp WEB Versiya