logo beyaz
Forum - NAMAZ HAQQINDA VACIB OLANLAR
Din və Mənəviyyat | NAMAZ HAQQINDA VACIB OLANLAR
Mövzu: İslam mənbələrindən məlum oldu ki, Allaha yaxınlaşmaq üçün ən mühüm əməl namazdır. Həqiqi namazın səciyyəvi xüsusiyyətləri sadalandı. Bəli, hər gün beş dəfə azan və iqamədə təkrar etdiyimiz kimi, namaz ən xeyirli əməldir. “Namaz möminin meracıdır”.
Təəssüf ki, qılıdığımız namazlardan lazımın-ca bəhrələnə bilmirik. çoxlarımız namazdan ləzzət duymur, özümüzdə namazın təsirini hiss etmirik. Namaz, adətən, bizə ağır, çətin gəlir. Namazı qılıb qurtardıqda sanki çiynimizdən ağır bir yük götürülür. Ən uzağı on dəqiqə davam edən namaz bizim üçün sanki uzun saatlara başa gəlir. Namazı qurtaranda qəfəsdən azadlığa çıxmış quş tək rahatlanırıq. Namazın son cümləsini deyib qurtaran kimi tələ dünya işlərinin ardınca qaçırıq. “Bəqərə” surəsinin 45–ci ayəsində buyurulur: “Doğrudan da Allahdan qorxanlar istisna olmaqla, namaz hamı üçün çətindir”. Sözsüz ki, dəyərsiz də olsa, namaz qılmaq qılmamaqdan üstündür. İnsan məsuliyyət hiss edərək günün müəyyən vaxtını Allah hüzurunda namaz üçün dayanırsa, bu böyük işdir. Amma insan bilməlidir ki, qaydasınca qılınan namaz ən xeyirli əməldir. Həqiqi namazla bizim namazımız arasında olduqca böyük fərq var. Namazın faydalarından məhrum olmağımızın əsas səbəbi onun zahiri ilə kifayətlənib, ruhundan xəbərsiz qalmağımızdır. Əgər namaz qılan dediyi sözlərin, etdiyi hərəkətlərin mahiyyətinə varmırsa, namaz-dan ləzzət duya bilməz. Kor-koranə icra olunan namaz merac hesab edilə bilməz. Bəli, bir sıra sözlərin və hərəkətlərin nümayişindən ibarət olan bir əməl həqiqi namaz deyil.
Namazın uzun çəkməsi vacib deyil. Qəlbin iştirakı ilə qılınan qısa namaz möcüzələr yarada bilər. İnsan belə namazın təsirini özündə hökmən hiss edir. Məhz belə namaz haqqında buyurulur: “Doğrudan da namaz insanı pis və çirkin işlərdən uzaqlaşdırır”. Amma buna baxmayaraq, bir çoxları məsciddən çıxan kimi günah ardınca qaçır. Bəli, ruhsuz namaz insanı haramdan çəkindirmək iqtidarında deyil. Həqiqi namazqılan şəxs qeybətdən, yalandan, böhtandan və bir sıra başqa çirkin sifətlər
* Forum | Azərbaycan | Din və Mənəviyyat
Ana Sehife
Saytda: 15 & 241 Qaydalar
comp WEB Versiya