logo beyaz
Müzakirə üçün mövzu
Forum - MaraqLı_MeLumat !!
Bu Günümüz | MaraqLı_MeLumat !!
Mövzu: Banan əsasən tropik bölgələrdə bitir. Banan hələ kal olanda yığılır və daşınma zamanı yetişir. Bananın vətəni Hindistandır, məhz buradan dünyanın bütün tropik zonalarına yayılıb. Bu meyvə VII yüzillikdən insana ”xidmət edir” Banan tingəsini Cənubi Amerika qitəsinə XVI yüzillikdə ispan keşişi Tomas de Berlanka gətirib. Ekzotik meyvə şəraitə uyğunlaşdı və əhalinin xoşuna gəldi. Əgər banan bizim üçün ekzotik meyvədirsə, onlar üçün çörək, kartof və hətta əti də əvəz edən ucuz, kalorili qidadır.
Biz ağ, yumşaq və dadlı özəyi, sarı qabığı olan banana adət etmişik. Amma onun həm də çəhrayı, qırmızımtıl, bənövşəyi və qara qabıqlıları da varmış. Bu növlər çox zərifdir və daşınmaya davam gətirmir. Meyvənin ölçüləri də müxtəlifdir və nisbətən kiçikölçülü olan ”cırtdan ” banan çox dadlı sayılır.
Bananın 300-ə yaxın növü olsa da, istehlak baxımından iki növə ayrılır: şirin və nişastalı. Birinci çiy halda yeyilir, yetərincə bərk olan ikincisi isə tamına görə kartofu xatırladır. O, qızardılır, pörtlədidir, balıq və ət xörəklərində istifadə edilir. Bir çox ölkələrdə banan yarpağından boşqab kimi istifadə olunur.
Hipertoniklər gündə 1-2 ədəd banan yeməklə təzyiqlərini 10% endirə və bununla da insult riskini azalda bilərlər.
Mövzuda mesaj yoxdur
* Forum | Azərbaycan | Bu Günümüz
Ana Sehife
Saytda: 19 & 102 Qaydalar
comp WEB Versiya