logo beyaz
Forum - Borcun Vedesi
Milli Mentalitetimiz | Borcun Vedesi
Mövzu: Xeyirxah bir vəzir dövlət xəzinəsindən ölkədəki kasıb, ehtiyac sahibi olan adamlara borc pul paylayırmış. Borc alanlar da aldıqlarını nə vaxt qaytaracaqlarını soruşanda vəzir deyirmiş: “Padşahımız öləndə qaytararsınız”. Bu söhbət yayılır və nəhayət, gedib padşahın qulağına çatır. Xəbər aparanlar sözün üstünə söz qoyub padşaha belə deyirlər ki, bəs vəzir sənin ölümünü gözləyir. İstəyir ki, sən öləsən, o da camaata payladığı borcu alıb öz hesabına keçirsin.
Bəli, bir altdan, bir üstdən padşahın qulağını yaxşıca doldururlar. Padşah da hirslənir və vəziri çağırır ki, bu nə haqq-hesabdır? Bəli, elə ki, vəzir padşahın hüzuruna daxil olub baş əyir, salam verir, padşah odlu-alovlu halda soruşur: “Vəzir, bu nə söz-söhbətdir? Sən niyə borc alanlara deyirsən ki, aldıqlarını padşah öləndən sonra qaytarsınlar? Yoxsa, mənimlə düşmənçiliyinmi var?” Vəzir padşahın sualını dinləyib belə cavab verir: “Padşah sağ olsun, o eşitdiyiniz doğrudur. Mən xəzinədən möhtaclara borc verirəm, hər verəndə də vədəni sizin ölümünüzlə bağlayıram. Amma bu o demək deyil ki, mən sizin tez ölməyinizi istəyirəm. Əksinə, sizin daha çox yaşamağınızı arzulayıram, bunun üçün dua edirəm və möhləti də elə qoyanda ehtiyac sahibləri də sizin üçün dua edirlər. Bilirsiniz ki, hər borc alan onu qaytaracağı günün tez gəldiyindən şikayətçidir. Həmişə də dua edər ki, o borc günü gec gəlsin. Allah yanında ən çox qəbul olunan dualardan biri də məhz borc altında olan bəndələrin duasıdır. Mən möhtaclara borc verib o cür vədə müəyyən edəndə məqsədim sizin ömrünüzün uzunluğudur, sizin sağlığınız, xoşbəxtliyinizdir”. Padşah vəzirin söylədiklərindən məmnun olur və onu mükafatlandırır.
Mövzuda mesaj yoxdur
* Forum | Azərbaycan | Milli Mentalitetimiz
Ana Sehife
Saytda: 23 & 126 Qaydalar
comp WEB Versiya